Mobil versiya
Yanvarın 20-si “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirildi - FOTOLAR + VİDEO
Tarix: 21-01-2021 | Saat: 16:18
Bölmə:Media | çapa göndər

Yanvarın 20-si “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirildi




Görüşdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Pərvin Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev, “Azərbaycan İdmançıları” ictimai birliyinin baş katibi Fərhad Acalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova, Jest dili üzrə təlimçi Nuranə Abıyeva, Yeni Gəncə qəzetinin baş redaktoru Hicran Məmmədova və könüllülər iştirak etdi.

Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Natiqlər çıxışlarında 20 Yanvar hadisələri və II Qarabağ müharibəsindən bəhs etdilər. "20 Yanvar" və II Qarabağ müharibəsindəki şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlarının tarixə və xalqımızın yaddaşına əbədi həkk olunduğunu və onların xatirəsinin hər zaman böyük ehtiramla anılacağını qeyd etdilər.
Daha sonra "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin "Könüllülük əngəl tanımır" layihəsi çərçivəsində II Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olundu. Videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi.

Layihənin ideya müəllifi Altun Süleymanov və layihənin koordinatoru Ləman İsgəndərli layihənin məqsədi və layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verdilər.

Şəhidin qardaşı Məhəmməd Yusifzadə də tədbirdə çıxış edərək Xudayarın xatirələrindən danışdı və layihə üçün minnətdarlığını bildirdi.


aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə