Mobil versiya
Vaşinqtondakı səfirimizin sensasion Qarabağ bəyanatları: - “Putin fürsətdən istifadə etdi...”
Tarix: 13-04-2016 | Saat: 13:07
Bölmə:Şou-biznes | çapa göndər

Vaşinqtondakı səfirimizin sensasion Qarabağ bəyanatları: - “Putin fürsətdən istifadə etdi...”






Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları ilə bağlı bildirib ki, ABŞ regionda “Türkiyə ilə Rusiya arasında qarşıdurmanın təsiri ilə” artan gərginliklə bağlı daha qətiyyətli addımlat atmalıdır.

"AİA.az" Virtualaz.org - a istinadən xəbər verir ki, səfir bu haqda The Washington Times qəzetində dərc edilmiş məqaləsində danışıb. Onun məqaləsindən xülasələri “The Washington Post” qəzeti dərc edib.

Bununla belə səfir əlavə edib ki, Qarabağ münaqişəsi regionunda Rusiyann dəstək verdiyi Ermənistanla Türkiyənin müttəfiqi Azərbaycan arasında baş vermiş son toqquşmaların birbaşa Ankara-Moskva qarşıdurması ilə bağlı olduğuna əmin deyil. Lakin səfir qeyd edib ki, bu toqquşmalar regionda vəziyyətin necə gərgin olduğunu və hadisələrin hər an nəzarətdən çıxa biləcəyini göstərir.

Elin Süleymanovun sözlərinə görə, Obama administrasiyası bu günlərdə Rusiyanın regionda artan təsir imkanlarına cavab olaraq Azərbaycanla daha dərin tərəfdaşlıq əlamətlərini nümayiş etdirib. Bununla belə səfirin fikrincə ABŞ-ın regiona daha artıq diqqət göstərməsi vacibdir. O, Obama administrasiyasının Türkiyə ilə Rusiya, aprelin əvvəllərində isə Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalara real təsir göstərmək üçün nadir şansı əldən verdiyini qeyd edib.

Süleymanov deyib ki, həmin toqquşmalar zamanı prezident Obama deyil, Rusiya prezidenti Vladimir Putin situasiyadan istifadə etdi, özünü sülhməramlı vasitəçi kimi göstərdi, Dağlıq Qarabağ ətrafında atəşkəsi bərpa etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərini Moskvaya çağırdı.

“Bu gün aydındır ki, son iki həftə ərzində Rusiyanın regionda əsas diplomaik güc kimi statusu daha da artdı”-səfir bildirib. “Rusiya olduqca mühüm, həlledici oyunçudur. Biz bunu gördük. Və son iki həftə ərzində biz Rusiyanın regionda əvvəllər olduğundan daha fəal iştirakına şahid olduq”-Elin Süleymanov əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə