Jurnalist "Unibank"ın tələsinə necə düşdü? - ŞİKAYƏT VAR
Tarix: 13-04-2016 | Saat: 13:02
Bölmə:İqtisadiyyat | çapa göndər
Jurnalist Vasif Əlihüseyn "Unibank"dan aldığı "Albalı – plus” kartının aylığını ödəyə bilmir.
"AİA.az" xəbər verir ki, bu barədə Moderator.az -a jurnalist özü məlumat verib: "Bir neçə ay öncə pula ehtiyacım olduğu üçün "Unibank"ın Nərimanov rayonu Təbriz küçəsində yerləşən filialından "Albalı – plus” kartı aldım. Kartdan 500 manat pul çıxardım. Sonra hər ay faizi ödəməyə başladım. Belə işlərdə məsuliyyətli biri olduğuma görə aylıq faizi vaxtında ödəyirdim və heç bir gecikməm yox idi. Kartdakı məbləği mənə dollarla verdiklərinə görə, dolların qalxması məni çox ziyana saldı. Hər ay 20 manat ödədiyim bir vaxtda, dollar qalxdığına görə 43 manat ödəməliyəm.
Bununla bağlı banka yollanıb əməkdaşlarına da şikayətimi bildirdim. Bank işçiləri cavabında bildirdilər ki, əlimizdən heç nə gəlmir ödəməlisiniz. Amma, mənim hər ay belə bir vaxtda bu qədər məbləği ödəməyə imkanım çatmır. Bu haqsızlıqdı axı, niyə görə mən dolların qalxmasına görə hər ay 23 manat əlavə ödəməliyəm?! Mənə kartı verəndə belə şərtləri danışmamışdıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024