Mobil versiya
Yarım saatdan çoxdur ki, peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur - Yaqut Qarayeva
Tarix: 18-01-2021 | Saat: 12:17
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Yarım saatdan çoxdur ki, peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur -


Artıq yarım saatdan çoxdur ki, koronavirusa qarşı peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur.

Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hazırda özünü normal hiss edir: "Bu gün həm sevincliyəm, həm də həyəcanlı. Çünki bu vaksinin gətirilməsini çoxdan gözləyirdik. Mən 11 ay bütün qaydalara riayət elədim və xəstələnmədim. Bu gün artıq peyvəndin birinci dozasını vurdurdum. Hazırda vəziyyətim normaldır və işimə qayıdıram. Bundan sonra özümü daha da ciddi qoruyacağam. Çünki 3 həftədən sonra ikinci dozanı qəbul etməliyəm".

Y.Qarayeva risk qrupu olan vətəndaşlara da müraciət edib: "Bütün tibb işçiləri və risk altında olan digər vətəndaşlarımıza müraciət edirəm ki, vaksin vurdursunlar. Bu intoksikasiya olunmuş peyvənddir. Əgər qripə qarşı nə vaxtsa peyvənd olunublarsa, bu peyvəndin də heç bir təhlükəsi yoxdur. Peyvənddən öncə həkimlər həmin şəxsin səhhəti ilə bağlı məlumat alır, özünü necə hiss etməyini, hərarətini, nə vaxtsa hansısa xəstəlik keçirdiyini soruşur. Bütün suallar veriləndən sonra qeydiyyat aparılır və peyvənd vurulur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024