Mobil versiya
İnsanlar koronavirusun nə qədər ciddi olduğunu artıq başa düşüblər - Baş infeksionist
Tarix: 15-01-2021 | Saat: 11:19
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

İnsanlar koronavirusun nə qədər ciddi olduğunu artıq başa düşüblər -


Vətəndaşların karantin rejiminə ciddi əməl etməsi koronavirusa yoluxma hallarının qarşısını aldı.

Trend-in məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, artıq sağalanların sayı yoluxanların sayını xeyli üstələyib və o cümlədən aktiv xəstələrin sayında da ciddi azalma var:

“Yoluxmanın pik vaxtlarında aktiv xəstə sayı 62 mindən yuxarı idisə, bu gün artıq 10 min ətrafındadır. Eyni zamanda test sayına görə yeni yoluxanların faiz baxımından azalması da dinamikanın müsbət istiqamətdə olmasından məlumat verir”.

Baş infeksionist qeyd edib ki, müsbət tendensiyanın əsas səbəblərindən biri maarifləndirmə işlərinin düzgün aparılmasıdır:

“Karantin rejimi sərtləşdirildikdən sonra, insanlar ən sadə qaydalara belə ciddi yanaşdılar. Eyni zamanda şəxsi təcrübə də çoxalıb. İnsanların ətrafındakılar bu infeksiyaya yoluxduqca, onlar xəstəliyin nə qədər ciddi olduğunu başa düşdülər”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə