Mobil versiya
Koronavirus Hadisədə başqa xəstəlik yaratdı
Tarix: 14-01-2021 | Saat: 19:46
Bölmə:Şou-biznes | çapa göndər

Koronavirus Hadisədə başqa xəstəlik yaratdı

“Koronavirusa yoluxduqdan sonra başqa bir xəstəliyə tutuldum”.

Bu sözləri Türkiyənin pop ulduzu Hadisə deyib. O, “O səs” yarışmasının Yeni il buraxılışında “COVID-19” səbəbi ilə çətin günlər yaşadığını bildirib:

“Bu, mənim üçün çətin bir proses idi. Xəstəxanalıq olmadım. Amma bu prosesi xəstəxanada keçirən insanları daha çətin vəziyyətdə gördüm, Şükür etdim! Öz evimdə 2 həftə tək qaldım, 4 həftə fasiləsiz öskürdüm. Başımda dəhşətli ağrılar yarandı. Beş gün dad və qoxu bilmədim, qusmalarım çox oldu. Öskürəyim keçmirdi.

Məni məhv edən qorxu idi. Televizorda davamlı izlədiyimiz pis görüntülər panikaya saldı. Düşünürdüm ki, görəsən, bir daha mahnı oxuya biləcəyəmmi? Yaxşı ki, virusdan xilas oldum, amma qorxularım qaldı. Bu da panik atak (təşviş pozğunluğu) xəstəliyinə tutulmağıma səbəb oldu”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024