Mobil versiya
Beynəlxalq Sığorta Şirkətindən müştərilərə unikal təklif
Tarix: 13-04-2016 | Saat: 11:41
Bölmə:İqtisadiyyat | çapa göndər

Beynəlxalq Sığorta Şirkətindən müştərilərə unikal təklif






Beynəlxalq Sığorta Şirkəti İnformasiya Texnologiyalarının tətbiqi ilə yeni sığorta məhsullarının hazırlanması istiqamətində öz ənənəsinə sadiq qalaraq, müştərilərinə yeni xidmət təklif etməyə başlayıb.

Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində, xarici ölkələrə səfərə gedən şəxslər səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. Bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində Şirkətin www.iic.az internet səhifəsinə daxil olub, lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.

Şirkətdən bildirilmişdir ki, sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilib.

Respublikanın sığorta bazarında Beynəlxalq Sığorta Şirkətinin yeganə şirkət olaraq təklif etdiyi bu yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin Şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.

Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.




Mənbə: Qafqazinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə