AZ RU Mobil versiya
Rəşad Cəbrayılov: Yanvarın 11-də keçirilmiş Moskva görüşü Cənubi Qafqazın iqtisadi inkişafının təmin olunmasına xidmət edəcək
Tarix: 13-01-2021 | Saat: 15:20
Bölmə:Manşet / Ölkə | çapa göndər

Rəşad Cəbrayılov: Yanvarın 11-də keçirilmiş Moskva görüşü Cənubi Qafqazın iqtisadi inkişafının təmin olunmasına xidmət edəcək


“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, 2021-ci il yanvarın 11-də Moskvada keçirilən görüş Cənubi Qafqaz regionunda sülhün və iqtisadi inkişafın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.” – bu sözləri saytımıza verdiyi müsahibəsində YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.

Moskva görüşündə əldə olunmuş iqtisadi əməkdaşlığa dair razılıq barədə əməkdaşımızın suallarını cavablandıran Rəşad Cəbrayılov bildirmişdir ki, regionun bundan sonrakı inkişafı tərəflərin iqtisadi əməkdaşlığa nə dərəcədə hazır olmalarından çox asılıdır. Müsahibimiz demişdir ki, Prezident İlham Əliyevin konstruktiv təklifləri hər zaman olduğu kimi, təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına cavab verir: “Azərbaycan öz torpaqlarını azad etmək uğrunda apardığı Vətən müharibəsini tarixi zəfərlə başa çatdırdı. Bu gün isə biz artıq işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri aparırıq. Lakin Azərbaycan hər zaman olduğu kimi, daha qlobal miqyasda düşünən bir dövlətdir. Bu səbəbdən də Cənubi Qafqaz regionunda yerləşən bütün ölkələrdə yaşayan xalqların rifahına, eləcə də qonşu dövlətlərin iqtisadi maraqlarına xidmət edəcək bir çox məqamlar artıq 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Bu ilin yanvar ayının 11-də Moskvada keçirilmiş növbəti üçtərəfli görüşdə də məhz həmin məqamların reallaşdırılması istiqamətində konkret addımların atılmasına dair razılıq əldə olunmuşdur.”
Daha sonra Rəşad Cəbrayılov bu istiqamətdə fikirlərini davam etdirərək bildirib ki, 10 noyabr bəyanatında nəzərdə tutulmuş nəqliyyat əlaqələrinin bərpası məsələsi regional inkişafın zəmini ola bilər: “Bildiyiniz kimi, 2020-ci il noyabr ayının 10-da imzalanmış “Üçtərəfli Bəyanat”ın 9-cu maddəsində qeyd olunub ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək və Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcək. Başqa sözlə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyaları yaradılacaq. Eləcə də bu nəqliyyat kommunikasiyaları Azərbaycanla qardaş Türkiyə arasında açılacaq. Bütün bunlar yeni, daha böyük imkanlar deməkdir. Eyni zamanda da bu imkanlardan bütün digər qonşu ölkələr də yararlanacaqlar. Beləliklə də regional inkişaf təmin ediləcək.”
Müsahibənin sonunda Rəşad Cəbrayılov Moskvada imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev Moskva görüşündə bir daha Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Bizim bu marağımız Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni üçtərəfli Bəyanatda da öz əksini tapır. Moskva görüşünün nəticələri ilə bağlı mətbuata verdiyi bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz artıq gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.”

Abbas Abbasov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7240 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021