Mobil versiya
Könül Nurullayeva 2021-ci ildə vətəndaşlarla ilk görüşünü keçirdi - FOTOLAR
Tarix: 13-01-2021 | Saat: 11:47
Bölmə:Ölkə | çapa göndər

Könül Nurullayeva 2021-ci ildə vətəndaşlarla ilk görüşünü keçirdi




Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinlərindən Deputat Qərargahına daxil olan müraciətlər əsasında 2021-ci ildə ilk qəbulu həyata keçirib. Həftə ərzində, ümumilikdə, 53 nəfərin birbaşa, telefon vasitəsi ilə və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 19 nəfərin müraciəti isə xüsusi karantin qaydalarına uyğun olaraq onlayn formatda keçirilən görüş zamanı dinlənilib. Müvafiq qurumlara təqdim etmək məqsədilə digər 34 nəfərin müraciəti isə nəzarətə götürülüb.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, bu görüş 2021-ci ildə nəzərdə tutulan ilk onlayn qəbuldur. Görüşlər mütəmadi qaydada davam edəcək. Növbəti görüş 2021-ci il yanvarın 22-nə planlaşdırılır.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024