ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim öldü
Tarix: 08-01-2021 | Saat: 11:14
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim iki həftədən sonra ölüb.
“Daily Mail” bu barədə xəbər yayır.
Mərhumun həyat yoldaşı Haidi Nekelmanın sözlərinə görə, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib:
“Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur”.
O deyib ki, Mayklın aktiv həyat tərzi olub, siqaret çəkməyib, yalnız arada spirtli içki qəbul edib.
Bundan əlavə, peyvənddən əvvəl müayinədən keçən Mayklda heç bir xəstəlik aşkar olunmayıb.
Peyvənd olunduqdan üç gün sonra həkim qollarında və ayaqlarında qırmızı ləkələr müşahidə edib, bu da dərialtı qanaxma olduğunu göstərir. Müayinə zamanı onda kəskin trombosit çatışmazlığı tapılıb.
Həkimlər ona idiopatik trombositopenik purpura diaqnozu qoyublar. Onlar həmkarlarının həyatını xilas etməyə çalışsalar da, yanvarın 3-də kişi əməliyyatdan əvvəl beyin qanamasından ölüb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024