Peyvənd koronavirusun nəzarət altına alınması üçün hazırda yeganə vasitədir - Rəşad Mahmudov
Tarix: 08-01-2021 | Saat: 10:37
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Tarix boyu pandemiya və epidemiyaların qarşısının alınmasında "qızıl açar" rolunu peyvəndlər üzərinə götürüb. Bu gün bu reallığı hamı qəbul etməlidir ki, effektiv peyvəndin dünyada kütləvi şəkildə istifadəsi koronavirus bəlası ilə mübarizədə uğur qazanmamıza səbəb ola bilər.
Bunu Trend-ə Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov deyib.
Dünyada bu istiqamətdə baş verən prosesləri yaxından izlədiyini deyən R.Mahmudov bildirib ki, tibb institutlarının və ekspertlərin verdiyi rəyləri də nəzərə aldıqda peyvəndin istifadəsinin hər bir ölkədə kütləvi şəkildə başlanması problemin nəzarət altına alınması üçün hazırda yeganə vasitədir:
“Peyvənd tətbiqinə başlamış hər hansı bir ölkədə ola biləcək bir və ya iki ölüm halını ekspert rəyi olmadan peyvəndlə əlaqləndirmək qətiyyən doğru yanaşma deyil. Bu, insanlarda ciddi çaşqınlıq yaradır. Unutmamaq lazımdır ki, koronavirus pandemiyasından əvvəl də dünyada hər ay milyonlarla insan həyatını itirirdi. İndi hər hansı bir səbəbdən həyatını itirən insanın olüm səbəbini peyvəndlə əlaqələndirmək tibbi nöqteyi nəzərdən həqiqəti əks etdirmir, çünki bu qərarı xüsusi tibbi ekspert qrupu verməlidir.
Bu günə qədər koronavirus peyvəndinin həyatı təhlükəsi ilə bağlı hər hansı bir dəqiq məlumat yoxdur. Olan məlumatlar daha çox spekulyativ xarakterli məlumatlardır, tibbi ekspertlərin və institutların rəyinə əsaslanmır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024