Mobil versiya
Naftalan İcra Hakimiyyətinin müharibədən qayıtmış əməkdaşları ziyarətə getdilər
Tarix: 07-01-2021 | Saat: 15:16
Bölmə:Ölkə | çapa göndər

Naftalan İcra Hakimiyyətinin müharibədən qayıtmış əməkdaşları ziyarətə getdilər


Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin Şöbə müdiri-baş memar əvəzi, baş leytenant Səbuhi Qasımov və Sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı, kapitan Habil Abdullayev ordudan təxris olunublar.

aia.az xəbər verir ki, icra başçısı Vüqar Novruzov ordudan təxris olunan əməkdaşlara Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Zəfərimizin qazanılması uğrunda göstərdikləri şücaətləri vurğulayıb, qürur hissi ilə qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında Naftalan sakinləri və həmçinin Şəhər İcra Hakimiyyətinin əməkdaşları da var. Şəhər rəhbəri torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə tezliklə sağalmasını diləyib.


Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi və əbədiyaşar rəhbərə sonsuz ehtiramlarını bildiriblər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025