Mobil versiya
Yanacaq qiymətinin dəyişməsi bu avtomobillərə marağı azalda bilər
Tarix: 06-01-2021 | Saat: 17:34
Bölmə:Ölkə | çapa göndər

Yanacaq qiymətinin dəyişməsi bu avtomobillərə marağı azalda bilər


Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin qiymətində müəyyən azalmaya səbəb ola bilər.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, dizelin qiymətində dəyişmə bu yanacaqla işləyən avtomobillərə marağı bir qədər azalda bilər:

“Mühərrik həcmi böyük olan və eyni konfiqurasiyaya malik, dizel və benzinlə işləyən eyni markalı avtonəqliyyat vasitələri arasında bəzən 3-5 min manat qiymət fərqi olurdu. İndi hesab edirəm ki, bu fərq aradan qalxacaq, təqribən 1-2 min manat qiymət fərqi qalacaq”.

Ekspert hesab edir ki, ümumilikdə isə yanacağın qiymətindəki dəyişiklik avtomobil bazarında qiymətlərə ciddi təsir etməyəcək:

“Avtomobillərin qiymətinə daha çox idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025