Mobil versiya
Alimlər koronavirusdan sonra bədənin immuniteti ilə bağlı fikirlərini bölüşüblər
Tarix: 06-01-2021 | Saat: 10:21
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Alimlər koronavirusdan sonra bədənin immuniteti ilə bağlı fikirlərini bölüşüblər



Rusiyalı immunoloqlar koronavirusa yenidən yoluxma ehtimalına şübhə ilə yanaşıblar. Onların fikrincə, xəstəlikdən sonra bədəndə sabit immunitet yaranır.

Bu barədə URA.ru xəbər yayıb.

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virologiya laboratoriyasının rəhbəri Sergey Netesovun dediyinə görə, təkrar infeksiya hallarına çox nadir hallarda rast gəlinir.

Onların da yarısında immunitet sistemi ilə bağlı xroniki problemlər olub. O, qeydiyyata alınan 100 milyon xəstədən yalnız 20-30 xəstədə bunun görüldüyünü vurğulayıb.

D.İ.İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri, professor Aleksandr Butenko isə COVID-19 keçirdikdən sonra gənə ensefaliti və ya sarı qızdırmadan sonra olduğu kimi ömürlük immunitet yarandığına əmin olduğunu deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə