Mobil versiya
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
Tarix: 01-01-2021 | Saat: 19:13
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət


Rusiyada son bir gündə koronavirusa 27 039 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə AİA.Az “worldometers”ə istinadən xəbər verir.

Son 24 saat ərzində 536 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 57 555 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 186 336 nəfər koronavirusa yoluxub. İndiyədək 2 580 138 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 990 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 228 410-a çatıb.

Ölkədə sutka ərzində daha 23 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2528-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 214 992 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 329 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 828-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 143 355 nəfərdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024