Mobil versiya
COVAX mexanizminə 4 milyard dollardan çox vəsait lazımdır - ÜST rəhbəri
Tarix: 30-12-2020 | Saat: 18:04
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

COVAX mexanizminə 4 milyard dollardan çox vəsait lazımdır -



Bütün ölkələri koronavirus vaksinləri ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminin təcili şəkildə 4 milyard dollardan çox vəsaitə ehtiyacı var.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus deyib.

ÜST rəhbəri ötən il dekabrın 31-də ilk dəfə Çində "naməlum mənşəli pnevmoniya"ya yoluxma barədə məlumatın ildönümü ilə əlaqədar videomüraciət edib.

O bildirib ki, dünyanı müdafiə etmək üçün hər yerdə risk altında olan insanların immun sisteminin möhkəmlənməsini təmin etmək lazımdır:

"Bu məqsədlə COVAX mexanizminə aşağı gəlirli ölkələrdə vaksinlərin satın alınması üçün 4 milyard dollardan çox vəsait lazımdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024