Azərbaycanda pandemiya dövründə bu sahələrdə artım baş verib
Tarix: 30-12-2020 | Saat: 15:48
Bölmə:İqtisadiyyat | çapa göndər
Pandemiya şəraitində turizm, ictimai iaşə, tikinti kimi sektorların, həmçinin neft hasilatının geriləməsinə rəğmən qeyri-neft sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, aqrar sahə, informasiya və rabitə sahəsində artım baş verib.
Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı bildirib ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artımı, dünya sənayesində 10 faizlik geriləmənin fonunda baş verməsi təqdirəlayiq haldır:
“Ümumilikdə, pandemiya dövründə hökumətin qəbul etdiyi iqtisadi dəstək tədbirləri, eləcə də son illər ərzində biznes mühitinin əlverişliliyinin artırılması sahəsində aparılan islahatlar iqtisadiyyatın geriləyən bəzi sektorlarında 2021-ci ildə bərpa prosesinə töhfə olacaqdır. Həmçinin 2020-ci ildə Qarabağın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma fəaliyyətinə başlanılıb. 2021-ci ildə isə işğaldan azad olunan iqtisadi fəaliyyətin bərpası və əhalinin həmin ərazilərə qayıdışı istiqamətində böyük işlər görüləcəkdir.
Gələn ilin dövlət büdcəsi isə yenidənqurma və iqtisadi yüksəlişə dəstək büdcəsi olacaqdır. 2020-ci ildə əsas kapitala investisiyalarda daxili mənbələr hesabına azalma, xarici mənbələr hesabına artım müşahidə edilib. Azərbaycan iqtisadiyyatının qarşıdakı 10 ildə iki dəfə artımı hədəfinə uyğun olaraq sərmayə qoyuluşunun böyüməsi əsas çağırış olaraq qalır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər