Milli Məclisdə müzakirəyə çıxarılan büdcə zərfi ölkə həyatındakı dəyişiklikləri əhatəli şəkildə əks etdirir
Tarix: 30-12-2020 | Saat: 11:28
Bölmə:Siyasət | çapa göndər
Bu il çətin, lakin şərəfli oldu. Bir çox çətinliklər və problemlərin fonunda biz bu ili Qələbə ilə başa vururuq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Biz həmişə "Qarabağın işğaldan azad edilməsi”ni müzakirə edirdik, indi isə Qarabağda bərpa-quruculuq işlərindən danışırıq. Böyük Qayıdışın təmin edilməsi və işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası, yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Deputat bildirib ki, dünyada, o cümlədən Azərbaycanda COVID-19 pandemiyası bütün sahələrə təsir etdi. Bəzi dövlətlər ən vacib sosial xərcləri ödəməkdə çətinlik çəkdiyi halda, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl iqtisadi islahatlar, sosial layihələr həyata keçirildi. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Dövlətimizin başçısının vaxtında qəbul etdiyi qətiyyətli qərarları, Hökumətə verdiyi tapşırıqlar nəticəsində Azərbaycan hər il mötəbər beynəlxalq hesabatlarda mövqeyini yaxşılaşdırır. Dünya Bankının "Doing Business 2020” hesabatında Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub. Bu, Azərbaycanın 2020-ci ildə iqtisadi dayanıqlılığını təsdiq edir və 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradacaq.
"Artıq bir neçə gündür ki, müvafiq dövlət qurumlarının rəhbərləri, Milli Məclisin komitələrinin birgə həm onlayn, həm də plenar iclaslarında çox vacib müzakirələr aparılır. Pandemiya və Vətən müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə hökumət və müvafiq dövlət qurumları tərəfindən qısa zamanda geniş, əhatəli büdcə zərfi hazırlanıb. Eyni zamanda, ilk dəfə olaraq bu müzakirələrdə bütün deputatların iştirakının təmin olunub. 2021-ci ilin dövlət büdcəsi hazırlanan zaman ölkə həyatında yaranan yeni reallıq və çağırışlar da nəzərə alınıb. Hökumətin pandemiya, post-müharibə dövründə görəcəyi işlər 2021-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb. Gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərə alınıb. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosialyönümlü olacaq. Hökumət gələn il sosial sferadakı islahatlarla insanların məşğulluğunu, o cümlədən qadın məşğulluğunu maksimum təmin etmək istiqamətində daha ciddi addımlar atmağı planlaşdırır. Müzakirələr zamanı region üçün mühüm və çox ciddi layihələrin həyata keçirilməsi haqqında fikirlər oldu. Həmin regional nəqliyyat, kommunikasiya və logistika layihələri gələcəkdə təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar və perspektivlər yaradacaqdır”, - deyə H.Hüseynova bildirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri bildirib ki, o, iclaslarda ailə, qadın və uşaq məsələləri ilə bağlı bir sıra təkliflər səsləndirib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Artıq belə bir təcrübə mövcuddur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaratdığı Qadın Resurs mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq layihələri, Kənd Təsərrüfatı Nazirliyinin "AFAQ” layihəsi buna əyani misallardır.
Deputat bildirib ki, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəddən irəli gələrək bir sıra mühüm tədbir və layihələrin həyata keçirilməsi gözlənilir.
"Pandemiya bir daha göstərdi ki, dünyada heç bir dövlət bu vəziyyətə hazır deyildi və hələ də çətinliklər yaşamaqda davam edir. Lakin o da reallıqdır ki, artıq yeni növ virus və təhlükələrin yaranması ehtimalı var. Əlbəttə, biz buna hazır olmalıyıq. Ona görə də bu sahədə elmi araşdırmaların aparılması üçün maddi-texniki bazanın gücləndirilməsinə diqqət ayrılmalıdır. Digər tərəfdən, fövqəladə vəziyyətlərlə bağlı xüsusi daimi fond yaradılmalıdır. Doğrudur, Azərbaycan Prezidentinin təşəbbüsü ilə koronavirusla bağlı Fond yaradılıb. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Belə bir fondun yaranması yeni fövqəladə vəziyyətdə, böhranlı dövrdə həm dövlətə, həm də əhaliyə dəstək deməkdir”, - deyə H.Hüseynova əlavə edib.
Komitə sədri vurğulayıb ki, bütövlükdə, Milli Məclisdə müzakirəyə çıxarılan büdcə zərfi ölkə həyatında müşahidə olunan dəyişiklikləri əhatəli şəkildə əks etdirir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024