Mobil versiya
Mərkəzi Bank 2021-ci il üçün əsas planlarını açıqladı - BƏYANAT
Tarix: 29-12-2020 | Saat: 09:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank 2021-ci il üçün əsas planlarını açıqladı -


2020-ci ildә ölkәdә presedenti olmayan xarici vә daxili şoklar kombinasiyasına vaxtında vә adekvat cavab verilib. İctimai hәyatın vә iqtisadi fәaliyyәtin bütün sferalarına güclü tәsir göstәrәn bu şoklar il әrzindә effektiv idarә olunub.

Bu barədə Azәrbaycan Respublikasi Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.

Mәrkәzi Bankın 2020-ci ildә pandemiyaya vә xarici mühitin kәskin pislәşmәsinә qarşı hökumәtlә sıx koordinasiya şәraitindә gördüyü tәdbirlәr nәticәsindә ölkәdә makroiqtisadi sabitlik tәmin edilib, o cümlәdәn, qiymәtlәr sabitliyi vә valyuta bazarında tarazlıq qorunub.

Әhalinin vә biznesin dәstәklәnmәsi istiqamәtindә qәbul edilmiş antiböhran planı, monetar şәraitin yumşaldılması vә makroprudensial yumşalmalar iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alıb, iqtisadi subyektlәrin gәlirlәrindәki itkilәri qismәn kompensasiya etmәyә imkan verib.

2021-ci il vә ortamüddәtli dövrdә ölkә iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbәti 10 ildә ümumi daxili mәhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nәzәrә alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin tәmin edilmәsi, habelә işğaldan azad olunmuş әrazilәrin bәrpası kimi mühüm çağırışlar var.

2021-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti makroiqtisadi dayanıqlığın әsas sütunlarından olan qiymәt sabitliyinә yönәldilәcәk. Pul siyasәtini hәyata keçirәrkәn Mәrkәzi Bank inflyasiyaya tәsir edәn başlıca xarici vә daxili amillәri diqqәt mәrkәzindә saxlayacaq. İnflyasiya hәdәfinә nail olmaq mәqsәdilә monetar siyasәtin effektivliyini artırmaq üçün әlavә tәdbirlәr görülәcәk.

Maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi, maliyyә vasitәçiliyinin, pul vә kapital bazarlarının dәrinlәşdirilmәsi istiqamәtindә tәdbirlәr davam etdirilәcәk.

Pandemiyadan zәrәr çәkmiş iqtisadi subyektlәrә dәstәk mәqsәdilә requlyativ güzәştlәrdәn istifadә diqqәtdә saxlanacaq.

2020-ci ildә ölkәdә presedenti olmayan xarici vә daxili şoklar kombinasiyasına vaxtında vә adekvat cavab verilib. İctimai hәyatın vә iqtisadi fәaliyyәtin bütün sferalarına güclü tәsir göstәrәn bu şoklar il әrzindә effektiv idarә olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024