Asudə Cəfərova: “Tarix Prezident İlham Əliyevin haqlı olduğunu göstərdi”
Tarix: 25-12-2020 | Saat: 14:03
Bölmə:Təhsil | çapa göndər
“Şanlı Azərbaycan Ordusunun özəyini təşkil edən gənclərimizin milli-vətənpərvər ruhda formalaşmasında müəllimlərimizin xüsusi rolu və danılmaz xidmətləri vardır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Neftçala rayon təşkilatının sədri Asudə Cəfərova demişdir.
İlk öncə Asudə Cəfərova Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı və zəfərlə başa çatdırdığı Vətən müharibəsinin qeyd-şərtsiz ədalətli savaş olduğunu Ermənistanın layiq olduğu cəzanı aldığını, Azərbaycanın isə tarixi ədaləti bərpa etdiyini qeyd edərək bunları dedi: “Hər kəsə məlumdur ki, xarici havadarlarından daima dəstək alan Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icrasına açıq-aşkar etinasızlıq nümayiş etdirirdi. İşğalçı ölkə tərəfindən törədilən təxribatların ardı-arası kəsilmirdi. Nəhayət 2020-ci il sentyabrın 27-dən cəbhədə törədilən növbəti erməni təxribatından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra isə, bizim şanlı döyüşçülərimiz daha 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Vətən torpaqlarını işğaldan azad etmək üçün döyüşdü və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Ermənisatan isə faktiki kapitulyasiya aktını imzalamalı oldu. Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.”
Daha sonra Asudə xanım hərbi əməliyyatların davam etdiyi bütün müddət ərzində həm orduda, həm də ümumiyyətlə ölkəmizdə və xüsusilə də gənclər arasında hökm sürən yüksək vətənpərvərlik əhval-ruhiyyəsinin qələbəmizi təmin edən əsas şərtlərdən biri olduğunu qeyd etmişdir. Müsahibimiz vurğulamışdır ki, gənclərimizin məhz bu ruhda formalaşmalarında müəllimlərimizin də böyük əməyi və danılmaz xidmətləri vardır: “Bildiyiniz kimi, Ali Baş Komandan cənab İlham Əliyev ölkədə qismən hərbi səfərbərlik elan etdikdən dərhal sonra yüz minlərlə gənc döyüşlərə qatılmaq üçün səfərbərlik şöbələrinə müraciət etdi. Respublikanın bütün rayon və şəhərlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbələrinin qarşısında əsl izdiham müşahidə olunurdu. Əlbəttə ki, bu yaşananlar Azərbaycan gəncliyinin öz qəlbində yaşatdığı sonsuz Vətən sevgisinin bir təzahürü idi. Sözsüz ki, bu gün gənc nəslin milli-vətənpərvər ruhda formalaşmalarında müəllimlərimizin rolu danılmazdır. Birmənalı olaraq qeyd olunmalıdır ki, Vətənə sevgi, dövlətə və dövlətçiliyimizə sədaqət kimi hisslər uşaq və gənclərimizə ən çox məhz məktəb illərində aşılanır. Məhz məktəbdə təhsil aldıqları ilk illərdə uşaqlar Vətən, dövlət, bayraq kimi anlayışlarla daha yaxından tanış olur, bu məvhumların ucalığını və müqəddəsliyini dərk edirlər. Bütün bunların düzgün və aydın şəkildə mənimsənilməsi isə bilavasitə müəllimlərimizin gərgin əməyinin nəticəsidir. Buna görə də birmənalı olaraq qeyd olunmalıdır ki, xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədə Azərbaycan müəlliminin də öz payı vardır.”
Sonda Asudə Cəfərova 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycanın öz həqiqətlərini bütün dünya qarşısında isbatlamış olduğunu vurğulayaraq bunları dedi: “Hamımız bilirik ki, son 200 il ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi! Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən özbaşınalıq, hərc-mərclik erməni separatçılarına imkan vermişdi ki, torpaqlarımızın 20%-ni işğal etsinlər. Bu işğal düz otuz il davam etdi. Beynəlxalq təşkilatlar otuz il ərzində bizə yalan vədlər verdilər, münaqişənin dinc yolla həll olunacağına bizi inandırmağa çalışdılar. Lakin Azərbaycan yalnız bu vədlərə bel bağlamadı. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesini ardıcıl və sistemli şəkildə həyata keçirməyə başladı. Bu siyasəti son 17 il ərzində inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə yüksək səviyyədə komplektləşməsinə və daha da güclənməsinə nail oldu. Ali Baş Komandan öz çıxışlarında dəfələrlə ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində qondarma Dağlıq Qarabağ münaqişəsinin həllində məhz ordumuzun üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, Azərbaycanın uzun müddət nəticəsiz qalacaq danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Az qala bütün dünya bu münaqişənin hərbi yolla həllinin olmadığını təkrar-təkrar beyinlərə yeritməyə çalışdığı halda, möhtərəm Prezidentimiz qətiyyətlə bəyan etmişdi ki, münaqişənin hərbi yolla həlli var və lazım gələrsə Azərbaycan məhz bu yolla öz torpaqlarını azad edəcək. Bu gün isə tarix məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqlı olduğunu göstərdi. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsilə öz ərazi bütövlüyünü bərpa etdi və bununla da öz haqlı mövqeyini bir daha təsdiq etmiş oldu.”
Abbas Abbasov
Elbrus bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər