ÜST yeni virusu araşdırır: “Ölümcül bir xəstəlikdir”
Tarix: 23-12-2020 | Saat: 12:40
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Birləşmiş Krallığın yerli səlahiyyətli qurumları yeni virus SARS-CoV-2 növü haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriblər. Orada bu yeni növ virusa 1400-dən artıq yoluxma faktı aşkar edilib və bu hallara ilk dəfə sentyabr ayının ortalarında rast gəlinib. Virusun bu növü özündə bir sıra genetik dəyişiklikləri ehtiva edir və əsasən Londan daxil olmaqla İngiltərənin cənub və şərqində qeydə alınıb.
ÜST-dən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Birləşmiş Krallıq tərəfindən aparılmış ilkin epidemioloji analizlər və modelləşdirmə yeni SARS-CoV-2 növünün ötürülmə qabiliyyətində dəyişiklik ola biləcəyini və S gen hədəfini istifadə edən diaqnostik testlərdə performansın azaldığını göstərir.
“Bu növün kəskinlik, antikor reaksiyası və ya peyvəndin effektivliyində dəyişiklik yaradıb-yaratmayacağına dair indiyə qədər heç bir dəlil yoxdur. Birləşmiş Krallıq ilkin tapıntıları təsdiqləmək və bu yeni ştamm haqqında anlayışı genişləndirmək üçün əlavə araşdırmalar aparır”.
Məlumatda bildirilib ki, ÜST xüsusi mutasiyaları anlamaq və virusun ötürücülüyünün artması, COVID-19-un diaqnostika sistemlərinə potensial təsiri və xəstəliyin kəskinliyi baxımından virusun funksiyasındakı hər hansı dəyişikliyi araşdırmaq üçün əlavə viroloji tədqiqatların aparılmasını tövsiyə edir.
“Virusun bu növü üzərində xüsusi araşdırma aparmağımızın səbəbi onun bir neçə mutasiya birləşməsinə malik olması və insanlar arasında daha asan yayıla biləcəyinə dair ilkin əlamətlərdir.
Viruslar sirkulyasiya etdikcə dəyişir və bu, virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Onun yayılma mənbəyini dayandırmaq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı test, izolyasiya və müalicə, təmasın izlənməsi, o cümlədən təmasda olmuş şəxslər üçün karantin və əl gigiyenası, fiziki məsafə saxlanılması, qapalı məkanların havalandırılması və lazım olduqda maskadan istifadə kimi fərdi qoruyucu tədbirlər də daxil olmaqla bütün əsas ictimai səhiyyə və sosial tədbirlərin davam etdirilməsini tövsiyə edir”.
Qeyd olunub ki, nə qədər çox insana peyvənd vurularsa, virusun sirkulyasiyası bir o qədər azalacaq.
“Bununla yanaşı, yeni mutasiyalar və növlərin yaranması üçün potensial azalacaq. Unutmayaq ki, COVID-19 artıq ölümcül bir xəstəlikdir və onun yayılmasına nəzarət etmək üçün hər bir addım atılmalıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024