Mobil versiya
Şəhid Qasım Abdullazadənin ailəsi də sosial dəstək tədbirləri ilə təmin olundu
Tarix: 22-12-2020 | Saat: 15:34
Bölmə:Ölkə | çapa göndər

Şəhid Qasım Abdullazadənin ailəsi də sosial dəstək tədbirləri ilə təmin olundu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştrakçılarının sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işləri davam etdirir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Qasım Abdullazadənin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

Nazirlikdən aia.az-a bildirilib ki, Qasım Abdullazadə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Anası, qardaşı və bacısı ilə birgə yaşayıb. Ailə ilə görüş zamanı şəhidin qardaşı Orxan Abdullazadə və bacısı Təhminə Abdullazadə özünüməşğulluq proqramından yararlanmaq istədiklərini bildiriblər.

Şəhidin qardaşına istədiyi avadanlıqlar təqdim edilib. Yaxın günlərdə şəhidin bacısı üçün də proqram çərçivəsində kiçik müəssisə yaradılacaq. Şəhidin anası Mehbarə Abdullayevanın da məşğulluğu təmin edilib. O, istəyi əsasında haqqı ödənilən ictimai işə cəlb edilib.

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı həyata keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025