Mobil versiya
ÜST nümayəndəsi koronavirusun yeni növünün pandemiyaya təsirindən danışdı
Tarix: 22-12-2020 | Saat: 14:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ÜST nümayəndəsi koronavirusun yeni növünün pandemiyaya təsirindən danışdı


Koronavirusun yeni növü pandemiyanı dəyişdirməyəcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuynoviç bəyan edib.

O, “Russia 24” kanalında jurnalist Nailə Əsgərzadəyə verdiyi müsahibəsində - “Bu anda, virusun davranışını, hətta pandemiyanı dəyişdirəcək qədər mutasiyaya uğradığını görmürük” deyib.

Vuynoviç virusdakı dəyişikliklərin normal olduğunu əlavə edib.

“Hər bir virus yaşadığı müddətdə dəyişir. Bir virusun genomundakı hər dəyişikliyin onun davranışında dəyişiklik demək olmadığını anlamaq lazımdır”, - deyə o, vurğulayıb.

ÜST nümayəndəsi hazırda virusun bir çox variantının aşkar edildiyini, lakin ölümcüllüyü və ya yoluxuculuğunda ciddi bir dəyişiklik olmadığını deyib. Onun sözlərinə görə, ÜST koronavirusun davranışına yaxşı nəzarət edir, məlumat mübadiləsi aparır.

COVID-19 peyvəndlərinin yeni virus növlərinə qarşı təsirli olub olmadığını soruşduqda isə Vuynoviç müsbət cavab verib. Bununla belə o, peyvəndə adaptasiya lazım olacaq qədər virusda dəyişiklik olacağı təqdirdə yeni vaksin hazırlamağın çətin olmayacağını da vurğulayıb.

“Vaksində daşıyıcı, baza texnologiyası və əlavə anticismlər var. Bu səbəbdən effektiv vaksin hazırlanacağı təqdirdə anticismləri dəyişdirmək çətin olmayacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə