Mobil versiya
Koronavirusa qarşı vaksin hazırlayan alim qətlə yetirildi
Tarix: 22-12-2020 | Saat: 10:53
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Koronavirusa qarşı vaksin hazırlayan alim qətlə yetirildi


Rusiyanın məşhur bioloqu Aleksandr Kaqanski qətlə yetirilib.

Azvision.az xəbər verir ki, bu barədə Lenta.ru saytı məlumat yayıb.

Kaqanskinin Sankt-Peterburqda qaldığı mənzildə öldürüldüyü deyilir. Dünya şöhrətli alimlərdən sayılan Kaqanski son aylar Edinburq Universitetində koronavirus əleyhinə vaksinin hazırlanması üzərində çalışırmış.

Jurnalistlərin əldə etdikləri məlumata görə, rusiyalı elm adamı Böyük Britaniyadan yenicə qayıdıb və o, şəhərə valideynlərinin məzarının ziyarət məqsədilə gəlib. Alim Sank-Peterburqda qətl hadisəsinin baş verdiyi evdə sinif yoldaşları ilə görüş keçirib.

İddia edilir ki, konflikt məhz buradan başlayıb. İki gün əvvəl bir qadın polisə zəng edərək 14-cü mərtəbədən kiminsə özünü yerə atdığını deyib. Polislər intihar edən şəxsin tanınmış alim olduğunu müəyyən ediblər və onun bədənində zorakılıq izləri aşkarlanıb.

Qeyd edək ki, 45 yaşlı Aleksandr Kaqanski dünyanın tanınmış biloqlarından idi. O, onkogenetika, xərçəng xəstəliyinin araşdırılması ilə məşğul olub. Rusiyalı alim uzun müddət Peterburq, Vladivostok, Vaşinqton və Edinburqda yerləşən universitetlərdə çalışıb. Kaqanski, həmçinin biomüxtəlifliyin öyrənilməsi və qorunması üzrə beynəlxalq hərəkatın ideya müəlliflərindən biri olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə