TƏBİB tənqidlərə cavab verdi
Tarix: 21-12-2020 | Saat: 18:14
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər qurumun tənqid edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
aia.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bu barədə açıqlama verib. Açıqlamada deyilir: "Bu günlərdə demək olar ki, hamımızın ailəmizdən, yaxınlarımızdan koronavirusa yoluxanlar var. Yoluxanların və COVID-dən dünyasını dəyişənlərin arasında TƏBİB-in əməkdaşları və onların yaxınları da var. Bir sözlə, heç kim sığortalanmayıb bu bəladan. Hətta COVİD-19 virusunun cəngindən onlarla insanı xilas edən həkimlər özləri təslim olur bu xəstəliyə. Çox təəssüf!
TƏBİB-i tənqid edirsiniz. Tənqidlərə açığıq. Bu günlərdə xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm 051 513 15 42 nömrəsilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz. Bəli, belə hallar mümkündür, ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyətilə 100000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. (Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk).
Bəzi məqamlarda bizə aid olmayan tənqidlərlə qarşılaşırıq. Məsələn, dərmanlar bahadır və ya tapılmır... Bildirim ki, TƏBİB dərman bazarına nəzarət həyata keçirmir. Ümumiyyətlə, TƏBİB apteklərin fəaliyyətinə məsul qurum deyil. (Məlumat üçün deyim ki, apteklərə fəaliyyəti üçün lisenziyanı İqtisadiyyat Nazirliyi verir, dərman qiymətlərinə isə Tarif Şurası nəzarət edir)".
Testlərin qiymətinin baha olmasına münasibət bildirən qurum rəsmisi belə deyib: "Dövlət tərəfindən götürülən testlər tamamilə ödənişsizdir (gündəlik 20 minədək test ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq pulsuz edilir). Ərazi üzrə poliknikalarda və TTY xidməti vasitəsilə həyata keçirilir. Kimsə sizdən pul tələb edə bilməz. Edərsə, bu barədə şikayətinizi Səhiyyə Nazirliyinə (Bakı şəhəri üzrə),TƏBİB-ə (regionlar üzrə) bildirə bilərsiniz... Özəl xəstəxanalardakı qiymətlərə isə biz nəzarət etmirik. Dediyim kimi “özəl” olduqları üçün".
Hamıdan test götürülməməsinə gəlincə isə E.Baxış bildirib ki, bu gün ölkədə kifayət qədər test ehtiyatı var: "Sadəcə olaraq hər kəsdən eyni anda test götürmək fiziki baxımdan mümkün deyil. Burda söhbət təkcə testin götürülməsindən getmir. Həm də çeşidlənməsindən, laborotoriyaya daxil edilməsindən və s kimi proseslərdən gedir. Yaxma 5 saniyədə götürülə bilər, lakin bir testin nəticəsinin açıqlanması üçün 8-10 saat vaxt tələb olunur. Və üstəlik hər kəsdən test götürülsə, simptomlu şəxslərin cavablarının açıqlanması günlərlə gecikə bilər.
Yazırlar ki, test cavabı yoxdur, amma xəstəxanaya yerləşdirmək istəyirik. Axı, test cavabı olmayan insanı necə koronavirus xəstəsi kimi xəstəxanaya yerləşdirək? Bəlkə, həmin şəxs COVİD deyil. Demək ki, həmin şəxs koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilərsə, yoluxma ehtimalı yaranacaq.
Sosial şəbəkələrdə rastlaşdığımız tənqidlərdən biri də odur ki, TƏBİB niyə karantin rejimini sərtləşdirir? TƏBİB birbaşa hansısa qərar qəbul etmir. Karantin rejimi ÜST-ün tövsiyəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qəbul edilir. Və hətta brifinqləri TƏBİB deyil, NK yanında Operativ Qərargah təşkil edir. TƏBİB nümayəndələri isə virusun müalicəsi ilə bağlı yalnız tibbi və elmi izah üçün həmin brifinqlərə dəvət olunur.
Elə brifinqlərdə tez-tez verilən suallardan biri də, "insanlar evdə koronavirusa yoluxub, dərman və ya ərzaq almaq istəyirlər, amma evdən çıxa bilmirlər. Necə edə bilərlər?" sualıdır. Bəli, koronavirus xəstələrinin evdən çıxması təhlükədir. Həkimlərimiz də bununla bağlı çağırış edirlər. Amma təəssüflə qeyd edirik ki, bizim belə bir sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə evdə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü?".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bəzən TƏBİB - ə aid olmayan məsələlərdə də bu qurum günahlandırılır: "Mənə də sual ünvanlayırlar ki, avtobuslarda sıxlıq olur. TƏBİB buna niyə nəzarət etmir? Sualı hörmətlə qarşılayıram, amma axı bu məsələdə TƏBİB nə edə bilər?
Ya da deyirlər, maska taxmamağa görə cərimə çoxdur və ya azdır. Bununla bağlı TƏBİB-in təklifi nədir? Həqiqətən də, TƏBİB olaraq əməkdaşlarımız heç kimi maska taxmadığına görə cərimələmir. Biz tövsiyə edirik və xahiş edirik ki, sağlamlığınız üçün maska taxın. Amma qərar qəbul etmirik və nəzarəti həyata keçirmirik.
Yazırlar ki, TƏBİB Koronavirusla Mübarizə Fonduna ayrılan pulları hara xərclədi? Sözügedən Fondun vəsaitinin xərclənməsi ilə bağlı qərarı TƏBİB deyil, Fondun İctimai Nəzarət üzvləri verəcək. Hələki vəsait xərclənməyib.
Tənqidlərdən biri də ondan ibarətdir ki, biz danışmaq üçün mətbuata ekspert vermirik. Gün ərzində onlarla belə sorğu alıram. Bəzən bir televiziyadan 2-3 əməkdaş zəng vurub, eyni kanalda fərqli verilişlərə qonaq istəyirlər. Amma nəzərə alın ki, tv-də danışan həkimlərimiz həm də koronavirusun müalicəsiylə məşğuldur. Bəzən onlar fiziki baxımdan yorulur, bir kanalın bir neçə verilişində danışa bilmirlər. TƏBİB-də cəmi 7-8 nəfər İşçi qrupun üzvü olan həkimlərimiz var. Ölkədə mətbu orqanların sayı isə yüzlərlədir.
Yaxşı, o bizlik deyil, bu bizlik deyil, onda sizin işiniz nədir? sualını verirsinizsə, deyim. Sadə cavabı var. TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024