Azərbaycana qarşı böyük təxribat
Tarix: 11-04-2016 | Saat: 15:16
Bölmə:Şou-biznes | çapa göndər
Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gillin sosial şəbəkədə paylaşdığı foto feysbukun Azərbaycan və erməni istifadəçiləri arasında qarşıdurmaya səbəb olub.
"Aia.az" Qafqazinfo istinadən xəbər verir ki, keçmiş səfir erməni əsgərinə aid olduğu iddia edilən meyit fotosu paylaşıb və azərbaycanlı hərbçiləri meyiti təhqir etməkdə günahlandıraraq “Əsgər şərəfinə hörmət edən əsgər belə etməz. Döyüşdə öldürülən rəqibi təhqir etmək çirkin hərəkətdir” ifadələrini işlədib.
Bəzi yerli sosial şəbəkə istifadəçiləri Azərbaycan saytı kimi təqdim edilən istiglal.com-da yerləşdirilən həmin fotonun köhnə olduğunu və bunun ölkəmizə qarşı təxribat olduğunu bildiriblər.
Digərləri isə Steinar Gilli obyektiv olmağa və Xocalı faciəsində işgəncə ilə qətlə yetirilən insanlara qarşı da eyni həssasiyyəti nümayiş etdirməyə çağırıblar. Keçmiş səfir isə Xocalı faciəsinin rəqib əsgərə qarşı bu cür rəftara bəraət qazandırmadığını əlavə edib.
Feysbuk istifadəçisi Vasif Əfəndi isə yazır ki, istiqlal.com adlı saytın belə bir təxribata yol verərək öldürülərək təhqir olunmuş bir əsgərin şəkilini erməni olaraq qələmə verməsi xarici mətbuatda və sosial şəbəkələrdə böyük etiraza səbəb olub. O yazır ki, müharibə qanunlarına və insanlıq nöqteyi nəzərindən yanaşmaya görə belə bir foto ilə fəxr etməyin ictimai qınağa səbəb ola biləcəyini bilərək hansı məntiqlə bu fotoşopu paylaşaraq vəhşi Azərbaycan əsgəri obrazı yaratmağa çalışıldığı anlaşılmır: “Mən bu fotonu incələdim və aydınlaşdırdım ki, meyidi təhqir olunmuş əsgər şəkili köhnə olmaqla yanaşı Azərbaycan ordusuna məxsus deyil və olması da mümkün deyil. Çünki, əsgərin geyim forması, silahı və çəkmələri ordumuzun standartlarına uyğun deyil. Yəni Azərbaycan ordusunda bu növ silah işlədilmir.
Bu kimi addımlar Azərbaycanın vəhşi obrazını yaratmaq məqsədini güdür. Türk millləti heç zaman ölünü təhqir edə bilməz və etməməlidir”.
Hərbi ekspert Rəşad Süleymanov isə bu yanlış paylaşıma görə Steynar Gili tənqid edib: “Keçmiş səfir bu fotonu bayraq edib insansevər olunca, ermənilərin işgəncə verdiyi Azərbaycan meyitlərini də paylaşsın. Niyə ermənilərin əl-qolunu bağlayıb sürdüyü Azərbaycan əsgərlərinin meyitlərini görmür? O fotoları erməni jurnalist öz səhifəsiindı paylaşıb. Ermənistan mediasında bu fotolar yayılıb. Avropa dərk eləməridir ki, münaqişənin baş verməməsi üçün ermənini sülhə məcbur eləməlidir. Əks halda müharibə başlayanda bunun acısını dəstək verdiyi erməni xalqı çəkəcək. Döyüşə atılan yaxını, ailəsi, dostu qətlə yetirilmiş Azərbaycan vətəndaşlarını idarə etmək gec olacaq.
Bu fotodakı həlak olan və sağ əsgərin üzərində nə Azərbaycan, nə də Ermənistan ordusuna məxsus fərqlənmə nişanları mövcud deyil. Bu geyimlərə Suriyada, İraqda döyüşən qüvvələrdə də rast gəlmək mümkündür. Bu gün Azərbaycan əsgəri Amerika əsgərlərinin geyindiyi multikam və ATACS, kamuflajları geyinir. İndi geyimə baxıb bunun Azərbaycan əsgəri olduğunu iddia etmək düzgün deyil”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024