Şənbə və bazar günləri ictimai yerlərdə daha 38 COVID-19 xəstəsi aşkarlandı
Tarix: 21-12-2020 | Saat: 10:12
Bölmə:Ölkə | çapa göndər

COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dekabrın 19-20 tarixlərində respublikamızın ərazisində 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-03-2025
15-03-2025
14-03-2025