Mobil versiya
Şənbə və bazar günləri marşrut avtobusları fəaliyyət göstərməyəcək - BNA
Tarix: 18-12-2020 | Saat: 17:11
Bölmə:Ölkə | çapa göndər

Şənbə və bazar günləri marşrut avtobusları fəaliyyət göstərməyəcək -



Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 19 dekabr saat 00:00-dan 21 dekabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq: "Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025