Mobil versiya
Uzun illər düşmən işğalında qalan Qarabağ yenidən necə qurulacaq? - RƏSMİ AÇIQLAMA
Tarix: 18-12-2020 | Saat: 10:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

Uzun illər düşmən işğalında qalan Qarabağ yenidən necə qurulacaq? -



“Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq”.

Report xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

“Qarabağın yenidən qurulması zamanı mədəni-tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Biz, həmçinin, yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük.

İşğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq.

Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq”, - o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025