Mobil versiya
Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb
Tarix: 17-12-2020 | Saat: 17:41
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb



Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır.

"Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib. Hazırda Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində ən müasir avadanlıqlarla olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir. Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar".

Polkovnik bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi əsasında yaradılan iki səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçulara xidmət edir:

“44 günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq. Hərbi tibb müəssisələrinin mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmayıb. Hazırda hərbi qulluqçular hərbi tibb və mülki səhiyyə müəssisələrində müalicə alırlar. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərirlər. Azərbaycanın özəl səhiyyə xəstəxanaları, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər silahlı birləşmələrin hərbi tibb xidmətləri göstərən müəssisələri bundan sonra da dəmir yumruq kimi birləşərək Vətənə və yaralı əsgərlərə xidmət edəcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə