Mobil versiya
Astara RTŞ-nin müdirinin rəhbərliyi ilə növbəti virtual iclas keçirilib - FOTOLAR
Tarix: 16-12-2020 | Saat: 16:59
Bölmə:Təhsil | çapa göndər

Astara RTŞ-nin müdirinin rəhbərliyi ilə növbəti virtual iclas keçirilib



16.12.2020-ci il tarixdə Astara RTŞ-nin müdiri Rəşad Həsənovun rəhbərliyi ilə Təhsil Şöbəsinin əməkdaşları və rayon ümumtəhsil məktəblərində çalışan 300 nəfər təhsil işçilərinin iştirakı ilə növbəti virtual iclas keçirilib.

İclas zamanı ilk öncə Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Astara RTŞ-nin müdiri Rəşad Həsənov çıxış edərək bildirdi ki, hazırda ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən lazımi tədbirlər aparılır. Bu səbəbdən koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə mübarizədə valideyn və şagirdlər arasında ciddi maarifləndirmə işləri aparılmalı, repetitorluq fəaliyyəti tamamilə dayandırlmalıdır. Eyni zamanda o, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin təbliğinin, təhsil müəssisələrində onlarla bağlı fotostendlərin hazırlanmasının , bu mövzuda inşa müsabiqələrinin keçirilməsinin, videoçarxların hazırlanmasının zəruri olduğunu bildirdi.

Daha sonra Rəşad Həsənov mövcud pandemiya vəziyyəti ilə əlaqədar tədrisin distant şəkildə təşkil olunduğunu vurğulayaraq məktəblər üzrə Microsoft Teams proqramına qoşulan şagird və müəllimlərin statistikasını iclas iştirakçılarının diqqətinı çatdırdı və bəzi məktəblərdə bu platformaya qoşulanların sayca azlıq təşkil etdiyini bildirərək müvafiq tapşırıqlar verdi.

Astara RTŞ-nin məsləhətçisi Vüsal Rzayev Təhsil Nazirliyinin F-512 ,F-420 nömrəli əmrlərinin məktəblərdə icra vəziyyəti, rayon ümumtəhsil məkəblərində virtual dərslərin təşkili ,tədris-pedaqoji sənədlərin aparılması vəziyyəti, onlayn dərlərin keçirilməsi zamanı məktəblər üzrə şagird və müəllimlərin gündəlik dərsə davamiyyət cədvəlinə baxış zamanı yaranmış suallar barədə ətraflı olaraq məlumat verdi.

Astara RTŞ-nin məsləhətçisi Elçin Mirzəzadə, elektron şagird yerdəyişməsi, şagird-məzun sisteminin mövcud vəziyyəti, ,,Virtual məktəb”də IV,VI,IX sinif şagirdləri üçün tədris dili,riyaziyyat,xarici (ingilis) dil fənləri üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə Milli Qiymətləndirmənin təşkil ediləcəyi bardə məlumat verdi.

İclasa dəvət edilmiş Çayoba kənd tam orta məktəbinin direktoru Əhmədov Sərraf Zöhrab oğlu və Şağlazüzə kənd tam orta məktəbinin direktoru Fətəliyev Emin Hacıkişi oğlu şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında öhdələrinə düşən vəzifələrin yerinə yetirmələri barədə məlumat verdilər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, onlara müvafiq tövsiyə və tapşırıqlar verildi.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024