Koronavirusla mübarizədə ən asan yol vaksinasiyadır - TƏBİB sədri
Tarix: 15-12-2020 | Saat: 15:36
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Vaksinlər sayəsidə dünyada 10-larla təhlükəli xəstəliklərin qarşısı alınıb. Əgər bu vaksinlər olmasayd,ı dünyamınz daha təhlükəli olardı. Təəssüflər olsun ki, biz yeni koronavirus pandemiyası ilə üz-üzə qalmışıq.
Trend-in məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, koronavirus bizim orqanizmimizə yaddır: “Koronavirus ağ ciyərdən orqanizmə daxil olur və bədənə yayılır. Virus bir daxil olur və minlərlə xaric olur, bədən orqanlarını destruktrizasiyaya uğradır. COVİD-19 xəstəliyi pandemiyadır və virusa qarşı effektiv dərman vasitəsinin tapılması uzun bir yoldur. Sərt karantin rejimi də iqtisadi baxımdan ağır prosesdir. Hazırda ən asan yol vaksinasiyadır”.
R.Bayramlı əlavə edib ki, bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır: “Xəstəliyin 2-ci dalğası ilə çətin vəziyyət yaşayırıq. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki, biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil. Ona görə də vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024