Mobil versiya
Naxçıvanda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb
Tarix: 14-12-2020 | Saat: 17:13
Bölmə:Ölkə | çapa göndər

Naxçıvanda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb.

aia.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025