Yaşayış yerini tərk edən daha 34 koronavirus xəstəsinə cinayət işi başlandı
Tarix: 14-12-2020 | Saat: 10:27
Bölmə:Ölkə | çapa göndər
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025