Tamilla İbadova: “Ali Baş Komandanın siyasi-diplomatik müstəvidəki uğurları hərbi qələbəmizi təmin etdi”
Tarix: 03-12-2020 | Saat: 11:03
Bölmə:Ölkə | çapa göndər
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin formalaşdırdığı son dərəcə uğurlu daxili və xarici siyasəti, həyata keçirdiyi əsaslı iqtisadi-siyasi islahatlar və ordu quruculuğu Azərbaycan xalqına bu tarixi qələbəni bəxş etdi” – bu sözləri torpaqlarımızın işğaldan tam azad edilməsi münasibətilə saytımıza verdiyi müsahibəsində TİAHİ Bərdə Rayon Komitəsinin sədiri Tamilla İbadova deyib.
44 gün davam edən hərbi əməliyyatların Azərbaycan üçün ədalətli Vətən müharibəsi olduğunu qeyd edən Tamilla İbadova əldə etdiyimiz bu qələbənin həm də bütün dünyaya kimin haqlı olduğunu göstərdiyini vurğulayıb: “Hamımız bilirik ki, son 200 il ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi! Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən özbaşınalıq, hərc-mərclik erməni separatçılarına imkan vermişdi ki, torpaqlarımızın 20%-ni işğal etsinlər. Bu işğal düz otuz il davam etdi. Beynəlxalq təşkilatlar otuz il ərzində bizə yalan vədlər verdilər, münaqişənin dinc yolla həll olunacağına bizi inandırmağa çalışdılar. Lakin Azərbaycan yalnız bu vədlərə bel bağlamadı. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesini ardıcıl və sistemli şəkildə həyata keçirməyə başladı. Bu siyasəti son 17 il ərzində inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə yüksək səviyyədə komplektləşməsinə və daha da güclənməsinə nail oldu. Ali Baş Komandan öz çıxışlarında dəfələrlə ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində qondarma dağlıq Qarabağ münaqişəsinin həllində məhz ordumuzun üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, Azərbaycanın uzun müddət nəticəsiz qalacaq danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Az qala bütün dünya bu münaqişənin hərbi yolla həllinin olmadığını təkrar-təkrar beyinlərə yeritməyə çalışdığı halda, möhtərəm Prezidentimiz qətiyyətlə bəyan etmişdi ki, münaqişənin hərbi yolla həlli var və lazım gələrsə Azərbaycan məhz bu yolla öz torpaqlarını azad edəcək. Bu gün isə tarix məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqlı olduğunu göstərdi.”
Əməkdaşımızın suallarını cavablandıran Tamilla İbadova hərbi əməliyyatların nəticəsi olaraq Ermənistanın layiq olduğu cəzanı aldığını, Azərbaycanın isə tarixi ədaləti bərpa etdiyini qeyd etdi: “Hər zaman xarici havadarlarından dəstək alan Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icrasına açıq-aşkar etinasızlıq nümayiş etdirirdi. İşğalçı ölkə tərəfindən törədilən təxribatların ardı-arası kəsilmirdi. Nəhayət 2020-ci il sentyabrın 27-dən cəbhədə törədilən növbəti erməni təxribatından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabr ayının 8-də Şuşa şəhəri azad ediləndən dərhal sonra isə, bizim şanlı döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Vətən torpaqlarını işğaldan azad etmək üçün döyüşdü və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Ermənisatan isə faktiki kapitulyasiya aktını imzalamalı oldu. Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.”
Daha sonra Tamilla İbadova noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması ilə bağlı məqamın şanlı qələbəmizi daha möhtəşəm etdiyini vurğulamışdır. İdarə rəisi bildirmişdir ki, Ermənistan tərəfinə məhz bu şərtlərin qəbul etdirilməsi birbaşa Prezident İlham Əliyevin siyasi-diplomatik uğurudur: “Əlbəttə ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın tam kapitulyasiya aktıdır. Lakin bu sənəddə bir çox digər maraqlı məqamlar da diqqəti cəlb edir. Bilirsiniz ki, məhz bu razılaşma nəticəsində Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarını artıq bir güllə belə atılmadan geri aldı. Sözsüz ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun hərb meydanında düşmənə vurduğu ağır zərbələr onu təslim olmağa məcbur etmişdir. Eyni zamanda da üç rayonumuzun hərbi əməliyyatlar aparılmadan azad olunması birbaşa möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möhtəşəm siyasi-diplomatik uğurudur. Beləliklə, dekabr ayının 1-də Laçının düşməndən təmizlənməsilə 30 il davam edən işğala son qoyuldu. Heç bir şübhə ola bilməz ki, biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğalın bütün fəsadlarını tezliklə aradan qaldıracağıq və azad edilmiş bölgələrimizə həyat yenidən qayıdacaq.”
Adil Həmidov
Murad Manafov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025