Mobil versiya
Facebook-da YENİLİK
Tarix: 06-04-2016 | Saat: 14:25
Bölmə:Aia TV | çapa göndər

Facebook-da YENİLİK

"Facebook" səlahiyyətliləri görmə qabiliyyətini itirənlərin də sosial şəbəkələrdə fotoları qavraya bilmələri üçün "Automatic Alternative Text" (ATT) adı verilən proqram yaradıb.

Aia.az publika.az-a istinadən bildirir ki, proqram sayəsində bundan sonra görmə qabiliyyətini itirənlər də "Facebook"da paylaşılan bütün fotolardan xəbərdar olacaqlar.

Belə ki, süni intellekt texnologiyasının tətbiq edildiyi proqram sayəsində fotolar kəlmələrə çevriləcək və görmə qabiliyyətini itirənlər ağıllı telefonlarından həmin kəlmələri eşidəcəklər. Proqram sadəcə 100 kəlmədən ibarət mətn hazırlaya bilir. Məsələn, 3 dostun əks olunduğu foto belə açıqlanacaq "Fotoda 3 nəfər var. Gülürlər. Çöldədirlər".

Xatırladaq ki, hazırda dünyada 300 milyondan çox görmə qabiliyyətini itirən insan var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024