Mobil versiya
DTX-dən əməliyyat: Yaralı qazilərin bank kartlarını ələ keçirən şəxs tutuldu - VİDEO
Tarix: 07-12-2020 | Saat: 09:32
Bölmə:Manşet / Ölkə | çapa göndər

DTX-dən əməliyyat:


Dövlət Təhlükəsizliyi Xidməti yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb.

Bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, Vətən Müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılıb və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025