Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı
Tarix: 02-12-2020 | Saat: 09:59
Bölmə:Ölkə | çapa göndər
Daxili işlər orqanları əməkdaşları ölkədə koronavirus xəstələrinin yaşayış yerini tərk etməsinin qarşısını almaq məqsədilə tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, dekabrın 1-də ölkə ərazisində keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən daha 26 aktiv koronavirus xəstəsi akarlanıb. Həmin şəxslərdən 24 nəfər evə, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.
Məlumatda qeyd edilir ki, gün ərzində yaşayış yerini tərk etdiyi üçün saxlanılan aktiv koronavirus xəstələrinin 6-sı Bakı şəhərində, 6-sı Bərdə rayonunda, 4 nəfər isə Qazax rayonunda aşkar edilib. Digər aktiv xəstələr isə ölkənin müxtəlif rayonlarında aşkarlanaraq saxlanılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025