Mobil versiya
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Tarix: 01-12-2020 | Saat: 17:15
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib


Azərbaycan ödənişsiz əsasda Gürcüstana 100 ton maye tibb oksigeni təhvil verib.

Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, bu məsələnin həll olunmasında Azərbaycanın Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəlikləri fəal iştirak edib:

“Gürcüstan səfirliyi “Baku Steel” şirkətinə 100 ton maye tibb oksigenini Gürcüstandakı xəstəxanalar üçün ayırması və öz hesabına nəql etməsinə görə təşəkkürünü bildirir. Qeyd etmək lazımdır ki, bu prosesdə Azərbaycanın Nazirlər Kabineti, eləcə də İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Dövlət Gömrük Komitəsi öz töhfəsini verib”.

Yaxın zamanlarda Azərbaycandan Gürcüstana dəmir yolu ilə müəyyən həcmdə maye tibbi oksigeninin çatdırılması nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024