AZ RU Mobil versiya
Fikrət Şərifov: “Ali Baş Komandan xalqın arzusunu gerçəkləşdirdi”
Tarix: 25-11-2020 | Saat: 16:30
Bölmə:Gündəm | çapa göndər

Fikrət Şərifov: “Ali Baş Komandan xalqın arzusunu gerçəkləşdirdi”



“Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan dövlətinin gücünü, Azərbaycan əsgərinin rəşadətini bütün dünyaya göstərdi. Vətən müharibəsində əldə etdiyimiz bu tarixi qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı” – bu sözləri aia.az saytına verdiyi müsahibəsində Zakatala Suvarma Sistemləri İdarəsinin rəisi Fiktət Şərifov demişdir.

Öz müsahibəsində torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycan xalqının ən böyük arzusu olduğunu deyən müsahibəmiz bu qələbənin tarixi zəfər olduğunu qeyd edib: “Bu gün Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən, həqiqətən də günü-gündən daha da gözəlləşən bir ölkədir. Həm paytaxt Bakıda, həm də regionlarımızda gedən vüsətli quruculuq işləri, əhalinin durmadan yüksələn rifah halı günümüzün danılmaz reallıqlarıdır. Lakin bütün bunlara rəğmən insanlarımızın 30 ildən bəri sürən bir nisgili bütün bu uğurlara bir kölgə salmaqda idi. Bu nisgil də əlbəttə ki, ərazilərimizin 20%-nin düşmən işğalında olması ilə bağlı idi. Amma bu gün nəhayət ki, bu nisgilə də son qoyuldu. Son on yeddi ildə Azərbaycan xalqını durmadan yeni-yeni zəfərlərə, uğurlara doğru aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizə bu qələbə sevincini də bəxş etdi. Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar nəticəsində düşməni torpaqlarımızdan qovub çıxardı və biz tarixi bir zəfər qazandıq. Azərbaycan xalqının ən böyük arzusu nəhayət ki, gerçəkləşdi.”
Həmçinin Fikrət Şərifov bildirmişdir ki, Müzəffər Ordumuz tərəfindən qələbə ilə sona çatdırılmış hərbi əməliyyatlar “yenilməz erməni ordusu” barədə illərdən bəri dünyaya təqdim olunan mifi də darmadağın etmişdir: “Hamımız bilirik ki, ermənilərin tarixi də, varlıqları da tamamilə yalan və uydurmalar üzərində qurulmuşdur. Lakin əfsuslar olsun ki, dünyada onların yalanlarını dəstəkləyənlər də az deyil. Növbəti belə uydurmalarından biri də “yenilməz erməni ordusu” barədə idi. İllərdən bəri havadarlarının səyləri nəticəsində toxunulmazlıqlarını təmin edən mənfur qonşularımız az qala bütün dünyanı bu yalana inandırmağa müyəssər olmuşdu. Lakin bu gün artıq Azərbaycan əsgəri düşmən ordusuna dərs verdi. Erməni mifləri dağıldı və yalanları ifşa olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında haqq yolunda vuruşan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşmənə sarsıdıcı zərbələr endirdi, erməni ordusu silah-sursatını, döyüş texnikasını ataraq qaçdı. Müzəffər Azərbaycan Ordusu isə Vətən torpaqlarını azad etdi.”
Daha sonra Fikrət Şərifov Şuşa şəhərinin işğaldan azad olunmasının hərbi əməliyyatların gedişinə təsiri baxımından müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd etmişdir: “Noyabr ayının 8-də Şanlı Azərbaycan Ordusu 27 ildən artıq müddət ərzində işğal altında olan Şuşa şəhərini düşməndən azad etdi. Həmin gün heç şübhəsiz Azərbaycanın apardığı bu Vətən müharibəsində ən böyük zəfər günlərindən biri kimi gələcək nəsillər tərəfindən də daima qeyd olunacaq. Şuşanın azad etməklə Ali Baş Komandanımız həm xalqımızın qürurunu özünə qaytardı, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl etməklə ümummilli liderimizin ruhunu şad etdi. Həmçinin bu zəfər Azərbaycanın apardığı Vətən müharibəsinin möhtəşəm sonluğunu yaxınlaşdırdı. Şuşadan qovulan erməni silahlı birləşmələri artıq süquta uğradıqlarını özləri də etiraf etməli oldular. Və bu etirafın ifadəsi olaraq Ermənistan hərbi əməliyyatların dayandırılmasına dair məlum üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldılar. Həqiqətən də bu sənəd mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı oldu. Bütün dünya bilməlidir ki, Azərbaycan Ordusu döyüş meydanında yalnız tarixi ədaləti bərpa etdi.”

Abbas Abbasov
Tahir Əliyev

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6335 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021