Mobil versiya
ÜST: Bu dərmanların satışı qadağan olunmalıdır!
Tarix: 24-11-2020 | Saat: 11:03
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ÜST:


Azərbaycanda antimikrob dərmanların apreklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımı dəstək verməlidir.

aia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib. Onun sözlərinə görə, insanlara istifadə etməyin demək başqa, bu preparatlara əl çatanlığını azaltmaq başqadır.

“İnsanların antoibotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımı laboratoriyaları var. Həmçinin maarifləndirmə də olmalıdır”.

H.Harmancının fikrincə, COVID xəstəliyi insanları elə qorxudub ki, ondan qorunmaq üçün nəsə etməyə çalışırlar.
“Həkimlər də bunların içərisinə daxildir. Çünki onlar nəyin yararlı olub-olmadğını bilmirlər. Hər bir dərmanın əks təsiri var. Bəzi dərmanların daha az, bəzilərinin daha çox. Faydası əks təsir riskindən daha çox olarsa, həkimlər onu xəstələrə verir. Əgər faydası yoxdursa, dərman alınmamalıdır. Nə qədər çox dərman qəbul edəriksə, onun bədənimizin bir tərəfinə zərər vermə riski artır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024