Mobil versiya
Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO
Tarix: 23-11-2020 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Xudavəng monastırı ilə bağlı erməni yalanları -


Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.

Baku TV xəbər verir ki, belə abidələrdən biri də guya ermənilərin olan Dadivəng, yəni Xudavəng monastr kompleksidir.

Tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun sözlərinə görə, ermənilərin Vətən Müharibəsindən sonra Alban abidələrini bu səpkidə qabartması səbəbi özlərinin Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə hesablanıb.

“O ki, qaldı Xudəvəng kilsəsi, eləcə də, Qarabağ bölgəsində mövcud olan yüzlərlə xristian abidəsinə, onların iddiasının heç bir elmi əsası yoxdur. Biz bildiyimiz tarixi və memarlıq nöqteyi-nəzərdən bu abidələrin əksəriyyəti Qafqaz Albaniyasının maddi mədəniyyət irsinə daxildir.

Bu faktlar monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın Aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid olub. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə