AZ RU Mobil versiya
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
Tarix: 23-11-2020 | Saat: 16:32
Bölmə:Ölkə | çapa göndər

İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? -


Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, bu amillər ilk növbədə təhlükəsizlik, əhalinin oraya qayıdışı və yaşayışının təmin olunmasıdır:

“Yaşayış olmayan yerdə, əslində, turizm də olmur. Üçüncü amil isə infrastrukturun yaradılmasıdır. Bu 3 amil olduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılacaq və o, yerli, xarici turistlərə təqdim ediləcək”.

Agentlik rəsmisi əlavə edib ki, həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq.

Onun sözlərinə görə, bu bölgələrə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5328 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2021
27-01-2021