Mobil versiya
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
Tarix: 23-11-2020 | Saat: 11:17
Bölmə:Ölkə | çapa göndər

BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi



Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar sürücü və piyadaları diqqətli olmağa çağırıb.

Agentlikdən aia.az-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024