AZ RU Mobil versiya
Yaşlı insanları qarət edən mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi
Tarix: 23-11-2020 | Saat: 10:29
Bölmə:Gündəm | çapa göndər

Yaşlı insanları qarət edən mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi


Yevlaxda vətəndaşlara qarşı quldurluq edən mütəşəkkil dəstənin məhkəməsi başlayır.

Trend-in məlumatına görə, Yevlax rayonunda yaşlı sakinlərə zor tətbiq edən 5 nəfərlik mütəşəkkil dəstə üzvlərinin barəsində olan cinayət işinin istintaqı tamamlanıb. İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Rəşid Hüseynov sədrlik edəcək.

Xatırladaq ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

Belə ki, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 1943-cü il təvəllüdlü Ş.Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 1961-ci il təvəllüdlü M.İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 1942-ci il təvəllüdlü Z.Məmmədovanın 1 000 manat pulunu quldurluq yolu ilə ələ keçirmişlər.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev, Ülvi Kərəmzadə və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5253 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021