Mobil versiya
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Tarix: 21-09-2026 | Saat: 10:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib.

aia.az xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-09-2026