Mobil versiya
Elçin Həsənzadə: “Ali Baş Komandan xalqa öz qürurunu qaytardı”
Tarix: 19-11-2020 | Saat: 12:14
Bölmə:Manşet / Ölkə | çapa göndər

Elçin Həsənzadə: “Ali Baş Komandan xalqa öz qürurunu qaytardı”



“Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman öz sözünün üstündə durub, indiyədək xalqa verdiyi bütün vədlərinə əməl edib. Bu gün isə 30 il işğal altında olan torpaqlarımızı azad etməklə cənab Ali Baş Komandan xalqa öz qürurunu qaytardı” – bu sözləri aia.az saytına verdiyi müsahibəsində 9 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadə deyib.

Əməkdaşımızın suallarını cavablandıran idarə rəisi bildirib ki, bu tarixi qələbə Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi bəlkə də əvvəllər heç zaman görünməmiş bir səviyyədədir. Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün adı daşımaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bütün bunlara görə biz hamımız Şanlı Ordumuza, cənab Ali Baş Komandanımıza minnətdarıq. ”
Elçin Həsənzadə həmçinin demişdir ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Hamımız bilirik ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Əlbəttə ki, ötən əsrin 90-cı illərindəki Azərbaycan üçün bu bəlkə də mümkün deyildi. Lakin Azərbaycan Prezidenti heç zaman əsassız bəyanatlar verməyib. Möhtərəm dövlət başçımız çox yaxşı bilirdi ki, bu sözə əməl edə bilmək üçün ölkənin güclü iqtisadiyyatı və qüdrətli ordusu olmalıdır. Prezident İlham Əliyev də bütün hakimiyyəti dövründə dövlətin daxili və xarici siyasətini məhz bu məqsədlərə nail olmağa yönəldib. Nəticə də göz qabağındadır. Son on yeddi ildə Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və güclü orduya sahib olub. Məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, dostlarımızın sayı artıb. Bütün bunlar Azərbaycanı Cənubi Qafqaz regionunda sözün əsil mənasında lider dövlətə çevirib və bu gün biz bütün bu üstünlüklərin sayəsində öz torpaqlarımızı işğaldan azad etmişik.”
Azad edilmiş torpaqlarda erməni vandalizminin nəticələrinin tez bir zamanda aradan qaldırılacağına inandığını deyən Elçin Həsənzadə, bu vəhşilikləri törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalarının vacibliyini də qeyd etmişdir: “İşğal altında olduqları müddətdə şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələrimiz darmadağın edilib, təbii sərvətlər talan olunub. O cümlədən Azərbaycan üçün milli-mənəvi dəyərlərimizin bir xəzinəsi olaraq xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində həyata keçirilmiş vandalizm aktları erməni vandalizminin, faşizminin gerçək simasını əks etdirir. Gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq. Azərbaycan xalqı öz torpaqlarına dönəcək, bu torpaqlarda əbədi olaraq yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir. Eyni zamanda da ümid edirəm ki, ən yaxın vaxtlarda təbii sərvətlərimizin talan edilməsində təqsirkar olan şəxslərin müəyyənləşdirilib beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi məsələsinə də ciddi şəkildə baxılacaqdır.”

ABBAS ABBASOV
AİA.AZ





Məlumatlanmaq üçün Facebook səhifəmizi

6674 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2020
02-12-2020