Mobil versiya
Bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam - Parlamentdə çıxış edən şuşalı
Tarix: 13-11-2020 | Saat: 11:30
Bölmə:Ölkə | çapa göndər

Bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam -


8 may Şuşanın işğalı günü Milli Məclisdə təsirli çıxışı ilə yadda qalan şuşalı gənc Əsra Məmmədli bu gün Milli Məclisdə Şuşanın işğaldan azad olunması münasibətilə çıxış edib.

Trend-in məlumatına görə, o, qeyd edib ki, bu gün mən işğal olunmuş deyil, azad Şuşadanam:

"Bir neçə ay bundan əvvəl burada çıxış edərkən vətənimə qovuşmağı təsəvvür belə edə bilməzdim. Lakin bu gün artıq işğala son qoyulub. Azərbaycan xalqı, Azərbaycan əsgəri qanı və canı bahasına öz torpaqlarına sahib çıxdı.

Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşada və digər işğaldan azad olunmuş rayonlarmızda dalğalanır. Mən hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır!"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə