Mobil versiya
SDU-da "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirildi
Tarix: 12-11-2020 | Saat: 14:27
Bölmə:Təhsil | çapa göndər

SDU-da "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirildi



Noyabrın 12-də Sumqayıt Dövlət Universitetində Sumqayıt Dövlət Universitetinin və Kazan Dövlət Energetika Universitetinin birgə təşkilatçılığı ilə "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirildi.

Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Belarusiya , Ukrayna Gürcüstan, Özbəkistan, Qazaxıstan o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etdilər.

Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq universitetin rektoru, professor Elxan Hüseynovun salamını çatdırdı, konfransın işinə uğurlar arzuladı, Azərbaycan xalqının Vətən müharibəsindəki şanlı Qələbəsi münasibəti ilə iştirakçıları təbrik etdi. Bildirdi ki, bu tarixi zəfər Azərbaycan ordusunun, onun Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha bütün dünyaya sübut etdi. Prorektor onu da bildirdi ki, hazırda dünya gündəliyini zəbt edən COVID-19 pandemiyası ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır.Görülən sərt və qabaqlayıcı tədbirlər nəticəsində ölkədə bu sahədə vəziyyət nəzarət altındadır.

Prorektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi. Qeyd etdi ki, universitetimizdə onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlər, konfranslar təşkil edilib və onlarla alimimiz beynəlxalq konfranslarda uğurla iştirak və məruzələrlə çıxışlar ediblər. Eyni zamanda, elmi əməkdaşlıqla bağlı dünyanın bir sıra universitetləri ilə əlaqələrimiz gücləndirilir. Bu cür konfransların keçirilməsi universitetdə elmi mühitin inkişafı ilə yanaşı, ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir.Konfransın əhəmiyyətindən bəhs edən prorektor bildirdi ki, bu konfrans mövzuya həsr olunmuş sayca ikinci konfransdır.Son illər ərzində respublikamızın sosial-iqtisadi tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafına çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib. Ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır.

Kazan Dövlət Energetika Universitetinin Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru İrina Axmetova konfrans iştirakçılarını salamladı və konfransın çox aktual bir məsələyə həsr olunduğunu bildirdi. Beynəlxalq elmi konfransın məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq olduğunu vurğuladı.

AMEA-nın müxbir üzvü, Milli Aviasiya Akademiyasının Elmi işlər üzrə prorektoru Afiq Həsənov “Kompüterlə idarə olunan akustooptik ləngitmə xətti” mövzusunda çıxış edərək qeyd etdi ki, bu sahədə aparılan elmi tədqiqat işləri nəticəsində siqnalların səlis tənzimlənməsini təmin edən birbaşa detek- torlamalı və heterodin tipli akustooptik ləngitmə xətləri yaradılmış, onların nə¬zəri əsasları işlənmişdir. Həmin ləngitmə xətləri siqnalların zaman təhriflərinin kompensasiyası, radioşüalanma mənbələrinin geniş zolaqlı monitorinqi, tezlik modulyasiyalı siqnalların izləyici qəbulu və başqa məsələlərin həlli üçün istifadə olunmuş, uyğun qurğu və sistemlər yaradılmışdır.

Kazan Dövlət Energetika Universitetinin İstilik elektrik stansiyaları kafedrasının müdiri, İstilik Energetikası İnstitutunun direktoru Çiçirova Nataliya “RF-da elektrogenerasiyanın inkişaf perspektivləri” mövzusunda çıxış etdi. RF-da elektrogenerasiya güclərinin modernləşdirilməsi istiqamətində aparılan işlər barədə ətraflı məlumat verdi.

Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə və 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə təbrik etdi. Konfransın aktual məsələyə həsr olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, dövlət başçımızın prezidentlik fəaliyyəti dövründə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, itirilmiş generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilib , bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrdən birinə çevrilib. Beləliklə, prioritet istiqamət kimi yanaşılan bu sahədə mühüm uğurlar əldə olunub. Dosent Ramiz Hüseynov “Sabit cərəyanın ötürülməsinin tədqiqinin müasir vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.

Sumqayıt Dövlət Universitetinin Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Məhəmmədəli Zərbəliyev “ axıdılma sistemlərinin elektrik və istilik xassələri”, Gürcüstan Texniki Universitetinin Kibernetika İnstitutunun professoru Adamia Zurab “Prekursor qalınlığının və pb(bo2)2 dopinqin Bi(Pb)-2223 seramikanın superkeçirici xüsusiyyətlərinə təsiri (IC TU)” mövzularında məruzə etdilər.
Fizika və elekteoenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova çıxış edərək Müzəffər Azərbaycan Ordusunun Dağlıq Qarabağda noyabrın 10-da elan olunmuş qələbəsi münasibəti ilə iştirakşıları təbrik etdi. Beynəlxalq konfransın qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Konfransın sonrakı işi haqqında məsul katib, Fizika və elekteoenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov məlumat verdi. Bildirdi ki, konfrans Plenar iclasından sonra öz işini 7 bölmə üzrə iki gün davam etdirəcəkdir. Konfransa 109 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024