Mobil versiya
“Şuşanın alınması ilə müharibənin taleyi həll olunub” - Milli Qəhrəman
Tarix: 08-11-2020 | Saat: 18:35
Bölmə:Karusel / Manşet / Ölkə | çapa göndər

“Şuşanın alınması ilə müharibənin taleyi həll olunub”


“Şuşanın azad olunması o deməkdir ki, müharibə artıq başa çatmaq üzrədir. Yəni tezliklə Xankəndi, Ağdam, Xocavənd, Ağdərə də azad olunacaq”.

Bu sözləri AİA.Az-a Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O qeyd edib ki, Şuşa Qarabağın mərkəzi idi, hətta seperatçılar “parlament”i ora köçürmək istəyirdilər. Bir “dövlət”in ki, "paytaxtı" alındı, deməli, o məğlub olunmuş hesab olunur:

“Siyasi baxımdan götürsək, biz müharibəni artıq udmuşuq. Sadəcə, texniki tərəf qalıb - hazırda həmin ərazidə olan terrorçuları ərazidən rədd etmək lazımdır. Təxminən on günə yerdə qalanları da süpürüb sərhədimizdən kənara tullayacağıq. Onunla da müharibə başa çatacaq. Şuşanın alınması o deməkdir ki, müharibənin taleyi həll olunub”.

Ehtiyatda olan hərbçi əlavə edib ki, artıq Laçın dəhlizi bağlıdır, Ermənistandan ora silah-sursat, ərzaq təminatı gəlmədikdən sonra düşmənin silahlı birləşmələri çox dözə bilməyəcək:

“Uzağı bir həftə ac qala bilərlər, bir həftədən sonra özləri qaçıb getməyə məcbur olacaqlar. Heç müharibə etməsək, oturub gözləsək belə ermənilər qazdıqları o siçan yuvalarında qala bilməyəcəklər. Hava şəraiti ilə əlaqədar olaraq beş-on gün o yan-bu yan ola bilər. Erməni terrorçuları Azərbaycanı tamamilə tərk edəcək. Azərbaycan öz bayraqlarını sərhədlərinə taxacaq və məcburi köçkünlərimiz öz torpaqlarına qayıdıb hökumətimizin, prezidentimizin dəstəyi ilə şad, firavan yaşayacaq”.

Gülnar Əliyeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025